Coca Cola bu ölkədə ticarət nişanını itirə bilər

24.09.2025

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Amerikanın The Coca-Cola Company şirkəti bu ilin oktyabrında Rusiyada öz məşhur ticarət nişanını itirmək təhlükəsi ilə üz-üzə qala bilər. AzPost xəbər verir ki, məlumatı TASS yayıb.

Rusiya Federal Əqli Mülkiyyət Xidmətinin (Rospatent) açıqlamasına görə, “Coca-Cola” brendinə dair ilk müraciət 1936-cı ilin dekabrında qəbul olunub və bu qeydiyyatın müddəti 2025-ci il oktyabrın 31-də başa çatır. Söhbət Beynəlxalq Mal və Xidmətlərin Təsnifatı üzrə yalnız bir sinif – qidalandırıcı və tonuslandırıcı içkilər kateqoriyası üzrə qeydiyyatdan gedir.

Şirkət əvvəllər dəfələrlə Rusiyada ticarət nişanını yenidən qeydiyyatdan keçirərək hüququnu uzadıb. Lakin hazırkı qeydiyyat müddətinin uzadılıb-uzadılmayacağı hələlik məlum deyil.

Xatırladaq ki, bu ilin fevralında Coca-Cola-nın Rusiyaya qayıtmaq niyyətində olduğu barədə xəbərlər yayılmışdı.

Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp Coca-Cola-nın daxili bazarda istehsal reseptinin dəyişdirilməsinə nail olub. Yeni qərara əsasən, şirkət yüksək fruktoza tərkibli qarğıdalı şərbətini təbii qamış şəkəri ilə əvəz etməyi qəbul edib.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью