“Çocuklar duymasın”ın Havuçu evlənir FOTO KONKRET

05.12.2024

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Bir dövrə damğasını vuran “Çocuklar Duymasın” serialında canlandırdığı Havuç obrazı ilə tanınan Furkan Kızılay uzun müddətdir birlikdə olduğu sevgilisinə evlilik təklifi edib.

KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, “Çocuk Duymasın”da canlandırdığı Havuç obrazı ilə adından söz etdirən 34 yaşlı aktyor Furkan Kızılay bu dəfə rol aldığı serialla deyil, şəxsi həyatı ilə gündəmə gəlib.

Uzun müddətdir münasibətdə olduğu sevgilisi Tutku Yılmaza Fransanın paytaxtı Parisdə evlilik təklifi edib. Kızılay o anları İnstaqram hesabında paylaşıb.

“Dörd ildən sonra buradayıq” , “Yaxşı ki, həmişə varsan” qeydini yazan aktyorun paylaşımı sevənləri tərəfindən qısa zamanda bəyənilib.

Cütlüyün fotolarını təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью