Coğrafiya İnstitutu ilə İrkutsk Dövlət Universiteti arasında elmi əlaqələr yaradılır

01.05.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 1 may, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda baş direktor vəzifəsini icra edən dosent Zaur İmrani ilə Rusiyanın İrkutsk Dövlət Universitetinin professoru Olqa Lopatovskaya arasında görüş keçirilib.

Coğrafiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, görüşdə İrkutsk Dövlət Universitetinin Coğrafiya fakültəsi ilə elmi əlaqələrin möhkəmləndirilməsi, təcrübə mübadiləsinin aparılması və birgə konfransların təşkili məsələləri müzakirə edilib.

Görüşdə müəssisələr arasında elmi əməkdaşlıq haqqında memorandum imzalanması haqqında ilkin razılıq əldə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью