Coğrafiya İnstitutunun elmi işçiləri Şamaxı və İsmayıllı ərazilərindəki toponimləri tədqiq ediblər

25.08.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 25 avqust, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponimika şöbəsinin böyük elmi işçisi Natiq Babayev və Azərbaycanın siyasi və iqtisadi coğrafiyası şöbəsinin böyük elmi işçisi Nicat İmamverdiyev avqust ayında Şamaxı və İsmayıllı rayonlarında ekspedisiyada olublar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, ekspedisiyanın məqsədi adıçəkilən rayonlar üzrə mövcud olan coğrafi adların yayılma arealını müəyyənləşdirmək, onların müxtəlif mənbələrdə işlənilməsinin, aşkarlanıb üzə çıxarılmasının nominativ təsnifatını vermək, yaranma yollarının xarakterlərinə görə mənimsənilmə potensialını qiymətləndirmək və yeni coğrafi adları müəyyən etmək olub.

N.Babayevin sözlərinə görə, ən qədim insanların məskən saldığı bu yaşayış yerlərində xalqımıza məxsus toponimlərın öyrənilməsi mühüm tarixi, siyasi, elmi və praktiki əhəmiyyət kəsb edir. Ekspedisiya zamanı Şərqi Zəngəzur iqtisadi rayonunda mövcud olan etnotoponimik coğrafi adlar sırasında Şamaxı rayonunun ərazisində də bir sara paralellərin olduğu müəyyən edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью