Çoğrafiyaşünas alim: Hazırda Tuqay meşələr yalnız Qarayazı Dövlət Təbiət qoruğunda qorunur

30.01.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 30 yanvar, AZƏRTAC

Unikal struktura və zəngin biomüxtəlifliyə malik Tuqay meşə ekosistemləri arid ərazilərdə iqlimyumşaldıcı, aqrolandşaftlarda məhsuldarlığı artırma, torpaqqoruma, sutənzimləmə, sahilbərkitmə və s. xüsusiyyətləri ilə çay ətrafı ərazilərin estetikliyini və bioloji müxtəlifliyini artırır. Hazırda Tuqay meşələrinə əsasən, Kür çayı ətrafında rast gəlinir. Araz, Göyçay, Girdiman, Turyançay və s. çayları boyunca bu meşələr geniş yayılmışdır. Bütün bu çay sistemləri ilə birlikdə Kür çayı təbii ekoloji dəhliz rolunu oynayır və eyni zamanda təbiətimizin tamlığını və ya bütövlüyünü təmin edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunu Landşaftşünaslıq və təbiətdən istifadə laboratoriyasının

müdiri Mirnuh İsmayılov bildirib.

“Tuqay meşələrinin eni bəzən 7-8 km-ə çatır. Hazırda Tuqay meşələr yalnız Qarayazı Dövlət Təbiət qoruğunda qorunur”, -deyə alim bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью