Çökən yola düşən sürücünün xilasetmə işləri 2 gündür davam edir

30.01.2025

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yaponiyanın paytaxtı Tokionun şimal-qərbində yolda nəhəng çuxura düşən yük maşınının sürücüsünün xilasetmə işləri ikinci gündür ki, davam edir.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, yolun çökməsi nəticəsində 8 metr uzunluğunda yük maşını dərin çuxura düşüb. Qəzadan sonra hadisə yerinə yanğınsöndürənlər göndərilib. Təxminən 10 metr eni və 6 metr dərinliyində olan çuxura enən xilasedicilər yeni çökmələr səbəbindən yük maşınının qapısını açmaq cəhdində uğursuzluğa düçar olublar.

Çuxura düşən sürücünün xilasetmə işləri 2 gündür davam edir

Bildirilib ki, çuxura yığılan kanalizasiya suları işlərin aparılmasına mane olub və sürücünün oturacağı yer olan hissə qum yığınının altında qalıb.

Xilasetmə işləri təxminən 36 saatdır davam edir və 70 yaşlarında olan sürücünün taleyi naməlum olaraq qalır.

Gülay

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью