Cokoviç Böyük Dəbilqədə rekordçu olub İdman və Biz

15.01.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Novak Cokoviç "Böyük Dəbilqə" yarışlarının tarixinə düşüb.

İdman.biz xəbər verir ki, serbiyalı tennisçi 430-cu matçını keçirərək, mütləq rekordçu olub.

Cokoviç bu göstəricidə hesabında 429 oyun olan Roje Federeri (İsveçrə) arxada qoyub. Australian Open-2025-in ikinci mərhələsində portuqaliyalı Xayme Faria ilə görüş Novak üçün əlamətdar olub. Serbiyalı raketka ustası 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Serena Uilyamsın hesabında 423, Rafael Nadalın isə 358 matç var.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью