Cokoviç bunu bacaran ilk tennisçi oldu

28.03.2025

Icma.az, sport24.az saytına istinadən bildirir.

Serbiyalı tennisçi Novak Cokoviç Mayamidə keçirilən "Masters" turnirinin 1/4 finalında amerikalı Sebastyan Kordaya qalib gəlib. Sport24.az xəbər verir ki, o, "duel"in taleyini iki setdə həll edib – 6:3; 7:6.

Bununla da Cokoviç "Masters" yarışında 79-cu dəfə yarımfinala yüksəlib. Serbiyalı tennisçi bu uğura 37 yaş 222 günündə imza atıb ki, bu da belə kateqoriyalı turnirlərdə ən yaşlı yarımfinalçı olmaq deməkdir.

Qeyd edək ki, Novak yarımfinalda bolqar Qriqor Dimitrovla üz-üzə gələcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью