Cokoviç ilə məğlubiyyətlə başlayıb İdman və Biz

01.01.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

"Böyük Dəbilqə" turnirlərinin 24 qat qalibi serb Novak Cokoviç və Uimbldon-2022-nin finalçısı avstraliyalı Nik Kiryos Brisbendə (Avstraliya) keçirilən ATP-250 turnirində cütlüklərin yarışında çıxışlarını dayandırıblar.

İdman.biz xəbər verir ki, onlar ikinci mərhələdə Nikola Mektiç (Xorvatiya) və Maykl Venusa (Yeni Zelandiya) məğlub olublar - 2:6, 6:3, 8:10.

Qarşılaşma 1 saat 14 dəqiqə davam edib.

Qeyd edək ki, Cokoviç fərdi turnirlərdəki uğurlarına baxmayaraq, cütlüklərin yarışında cəmi bir dəfə çempion olub.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью