Cokoviçdən yeni rekord

08.07.2026

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Serbiyalı tennisçi Novak Cokoviç Böyük Dəbilqə turnirlərində beş setlik oyunların sayına görə rekord müəyyənləşdirib.

Lent.az xəbər verir ki, rekord Uimbldonun 1/4 finalında kanadalı Feliks Oje-Alyassimlə qarşılaşma zamanı qeydə alınıb.

Bu, Cokoviçin Böyük Dəbilqə turnirlərində qalibin beşinci setdə müəyyənləşdiyi 50-ci görüşü olub. Bununla o, bu göstəricidə Stan Vavrinkanı geridə qoyaraq yeganə rekordçuya çevrilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью