Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) siyasi qanadının Vaşinqton təmsilçisi Bessam İshak, SDQ komandiri Mazlum Abdi Fıratın Dəməşqdə Suriyanın faktiki lideri Əhməd əl-Şaara (Əl-Colani) ilə görüşdüyünü və yalnız hərbi məsələlərin müzakirə olduğunu bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Bessam İshak Londonda çıxan Səudiyyə Ərəbistanının “Şark-ul Avsat” qəzetinə müsahibəsində SDQ ilə HTŞ (Heyət Təhrir əş-Şam) arasında bir sıra görüşlər keçirildiyini və bu danışıqların müsbət olduğu bildirib.
Colani ötən həftə Dəməşqdə HTŞ-nin liderliyində Əsəd rejiminə qarşı döyüşən silahlı qrupların liderləri ilə görüşüb, lakin SDQ bu görüşə qatılmayıb.
SDQ-nin iclasa qatılmaması ilə bağlı İshak, “SDQ öz hərbi vəziyyətinə görə iclasa qatılmadı.
Lakin onunla son görüşünün rəsmi olması və elan olunması iki tərəf arasında problemlərin dialoq yolu ilə həll olunduğunun müsbət göstəricisidir” deyib.
Dəməşqdəki görüşün dostluq şəraitində keçdiyini qeyd edən İshak, "Suriyanın yaşıl bayrağı SDQ-nin nəzarətində olan bütün bölgələrdə dalğalanacaq" deyib.
İshak koordinasiya və əməkdaşlıq mexanizminin əvvəldən ən yüksək səviyyədə olduğunu söyləyib.