Colani Suriyanı necə idarə edəcəklərindən danışdı

16.12.2024

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Suriyada hakimiyyətə gələn müxalif “Heyət Təhrir əş-Şam” qruplaşmasının rəhbəri Əbu Məhəmməd Colani ölkəni necə idarə edəcəklərindən danışıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, o, cari valyutanın sabitləşməsindən sonra yeni pul vahidinə keçiləcəyini bildirib.

“Çox əhəmiyyətli iqtisadi qərarlar veriləcək”, – deyə o qeyd edib.

Colani, həmçinin ölkədə məcburi hərbi xidmətin ləğv edildiyini də deyib. Onun sözlərinə görə, ölkədəki bütün qruplaşmalar buraxılacaq, silahlar isə ancaq Suriya dövlətinin əlində qalacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью