Colanidən İrana çağırış

01.01.2025

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Suriya İranla münasibətləri davam etdirməkdə maraqlıdır. 

“Cebheinfo.az” ISNA-ya istinadən xəbər verir ki, "Heyət təhrir əş-Şam"ın lideri, Suriyanın yeni rəhbəri Məhəmməd Əbu əl-Colani yeni hakimiyyətin İranla münasibətləri davam etməkdə maraqlı olduğunu bildirib. 

O qeyd edib ki, İranla münasibətlərin kəsilməsi qeyri-mümkündür. 

Colani, həmçinin vurğulayıb ki, İran Suriyanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməlidir.

“Suriya İran kimi bölgədə böyük bir ölkə ilə əlaqələri kəsə bilməz, ancaq Dəməşq və Tehran arasında münasibətlər diplomatik prinsiplərə, iki ölkənin suverenliyinə qarşılıqlı hörmətə və daxili işlərə qarışmamağa əsaslanmalıdır”, - deyə əl-Colani vurğulayıb. 

Suriyanın yeni rəhbəri  qeyd edib ki, İranın regionla bağlı siyasətini yenidən müəyyən etməlidir. 

Colani Tehrana Suriya siyasətini dəyişməyə çağırıb. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью