Colanidən İrana çağırış edib

30.12.2024

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

İran regional müdaxilə siyasətinə yenidən baxmalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Suriyanın yeni lideri Əhməd əş-Şara “Əl Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, müxalifət qüvvələri Əsədin devrilməsinə səbəb olan hücum zamanı Suriyada İranın mövqelərini müdafiə edib.

Əş-Şara bildirib ki, İran Əsədin əsas dəstəkçilərindən biri olmasına baxmayaraq, müxalifət döyüşçüləri belə bir mövqe sərgiləyiblər. 

O əlavə edib ki, bu hərəkətlərə cavab olaraq Tehrandan müsbət jestlər gözləyirdi, lakin belə jestlər gəlmədi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью