Coldplay qrupunun solistindən keçmiş sevgilisi Dakota Consona JEST

09.06.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Coldplay" qrupunun solisti Kris Martin keçmiş sevgilisi Dakota Consonu açıq şəkildə dəstəkləyib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Page Six" nəşri yayıb.

Kris Martin "Music of the Spheres" dünya turu çərçivəsində Los-Ancelesdə keçirilmiş konsertinin sonunda "Mənfəətçi qadın" filminə baxmaq xahişi ilə pərəstişkarlarına müraciət edib. Qeyd edək ki, filmdə baş rollardan birini Dakota Conson oynayıb.

Artist səhnədən müraciət edərək deyib: "Hamınıza çox təşəkkür edirəm! Özünüzü sevin! Bir-birinizi sevin! "Mənfəətçi qadın"a baxmağı unutmayın. Bizi sizi sevirik!"

Xatırladaq ki, aktrisa Dakota Conson müğənni Kris Martindən toy ərəfəsində ayrılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью