Colen Simone Şol: Velosiped nəqliyyatla bağlı karbon emissiyalarının azaldılması üçün cidd…
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Bakı, 13 noyabr, AZƏRTAC Buraya velosipedlə gəlmişəm.
Velosipedin əsl nəqliyyat vasitəsi və nəqliyyatla bağlı karbon emissiyalarının azaldılması üçün ciddi həll yolu olduğunu göstərmək istədim.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində COP29 çərçivəsində Azərbaycana səyahət edən velosipedçi Colen Simone Şol deyib.
Niderlanddan olduğunu deyən velosipedçi qeyd edib: “Velosiped insanları xoşbəxt edir. Yol boyunca çoxlu icmalarla rastlaşdıq.
Bir çox velosipedçi ilə danışdıq. Bir sözlə, bu, sağlamlığımız və iqlim üçün yaxşıdır.
COP29-da müxtəlif ölkələrdən çoxlu sayda insanlar var. Ümumiyyətlə, üç gündür ki, xeyli insan axını tədbirə olan marağı göstərir”.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu