Coli Kaliforniya meşə yanğını qurbanlarını malikanəsində sığındırır | Icma.az
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Aktrisa Ancelina Coli və oğlu Noks Kaliforniyada şiddətli yanğınlardan zərər çəkən insanlara kömək edir.
SİA-nın məlumatına görə, paparassilər onu Los-Ancelesdə görüblər.
Onlar zərərçəkənləri qidalandırmaq üçün supermarketdən külli miqdarda ərzaq alıblar.
Noks alış-veriş çantalarını maşının baqajına yükləməyə kömək edib.
Bundan sonra onlar maşına əyləşərək Los Felizdə aktrisanın yaşadığı malikanəyə yollanıblar.
Coli Daily Mail-ə bildirib ki, meşə yanğınları səbəbindən evlərini itirmiş qohumlarını qəbul edib.
O, başqa insanlara yardım göstərməyə davam edəcəyini açıqlayıb.
Tam oxu
Xəbəri oxu