Colinin malikanəsini Madonna alıb?

10.10.2026

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Hollivud ulduzu Ancelina Colinin Los-Ancelesdəki məşhur malikanəsini müğənni Madonna­nın aldığı barədə yayılan məlumatlar təsdiqini tapmayıb.

Axşam.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb. Bildirilir ki, 51 yaşlı aktrisa sentyabrın sonunda vaxtilə rejissor Sesil B. DeMillə məxsus olmuş, təxminən iki akr ərazini əhatə edən mülkünü 24,75 milyon dollara satıb. Sözügedən satış barədə ilk olaraq “TMZ” yazıb.

Colinin əmlak agenti satışla bağlı yayılan iddiaları təkzib edib. O, alıcının kimliyini açıqlamasa da, onun Madonna olmadığını bildirib.

“Bu, doğru deyil. Bəzi media nümayəndələrinin nə yazacaqlarını bilmədən hərəkət etmələrini izləmək gülməlidir. Onlar alıcının adını öyrənməyə çalışırlar. Lakin alıcının şəxsi həyatını qorumaq üçün məxfilik müqaviləsi imzaladıqda heç nə demir və heç bir ipucu vermirik. İpucu olmadıqda isə həqiqətə uyğun olmayan məlumatlar uydururlar” deyə, agent Karvell bildirib.

O, həmçinin qeyd edib ki, evə sadəcə məşhurun mülkünü görmək üçün maraq göstərən şəxslərlə real alıcıları ayırd etmək məqsədilə potensial alıcılar yoxlanılıb.

Qeyd edək ki, daha əvvəl Madonnanın malikanə ilə maraqlandığı barədə xəbərlər yayılmışdı. “New York Post” nəşrinin məlumatına görə, müğənni üçün hətta evə virtual tur da təşkil olunub.

Ancelina Coli malikanəsini may ayında satışa çıxarıb. Aktrisanın qərarının səbəbi kimi kiçik əkiz övladlarının yetkinlik yaşına çatmasından sonra Los-Ancelesi tərk etmək istəyi göstərilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью