Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İmmun sistemimiz bakteriyalara, viruslara qarşı antitellər yaradaraq bizi qoruyur.
Ancaq bəzən bizə xeyirli maddələrə qarşı da antitel yaranır.
Çölyak xəstəliyində qlütein adlı proteinə qarşı yaranan antitellər nazik bağısaqları zədələyir və həzm, sorulma prosesləri pozulur.
Xüsusilə dəmir və fol turşusu sorulması pozulur. Qlütein xüsusilə buğda, arpa, yulaf kimi yarmalarda çoxdur.
Çölyak xəstəliyinin simptomları bəzən çox zəif, bəzən çox şiddətli olur, buna görə bir neçə tipi olur: - Klassik Çölyak Daha çox südəmər dövrdə un məhsullarına keçən zaman meydana çıxır.
İnkişafdan geri qalma, xroniki ishal, qarında şişkinlik, iştahasızlıq, qusma, əzələ zəifliyi kimi əlamətlər görülür.
- Atipik Çölyak Adətən 5-6 yaşdan sonra və böyüklərdə görülür.