Con Retkliff Misirə gəlib

21.09.2026

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

MKİ direktoru Qahirədə Misir Prezidenti ilə görüşüb

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff Qahirəyə səfəri zamanı Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Misir liderinin ofisi məlumat yayıb.

Dünən keçirilən və Misir kəşfiyyatının rəisi Həsən Rəşadın da qatıldığı görüşdə İranla münaqişə, Qəzza zolağı və Sudandakı vəziyyət, Körfəz ölkələrinə hücumlar və gəmiçilik təhlükəsizliyinə təhdidlər müzakirə olunub.

Misir Prezident ofisinin açıqlamasına görə, əs-Sisi "regional böhranların siyasi və diplomatik vasitələrlə həll edilməsinin ən vacibliyini" vurğulayıb.

MKİ direktorunun Yaxın Şərqdəki böhranların dinc və hərtərəfli həllinə nail olmaq səylərində Misirin rolunu yüksək qiymətləndirdiyi də qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью