Con Retkliff MKİ nin direktoru vəzifəsinə təsdiqlənib

24.01.2025

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Konqresinin Yuxarı palatası cümə axşamı Prezident Donald Trampın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) direktoru vəzifəsinə irəli sürdüyü Con Retkliffin namizədliyini təsdiqləyib.

"Report"un məlumatına görə, yayımı C-SPAN telekanalı aparıb.

Yanvarın 20-də Senatın Kəşfiyyat üzrə Xüsusi Komitəsi onun namizədliyinin irəli sürülməsinə səs verib, Yuxarı Palataya onun vəzifəyə təsdiqlənməsini tövsiyə edib.

Retkliffin namizədliyini 74 senator dəstəkləyib, 25 nəfər isə onun əleyhinə səs verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью