Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Rusiyaya səfər edib
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff Moskvaya gəlib. AYNA.AZ xəbər verir ki, bu barədə CBS və “Axios” adları açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
CBS jurnalisti Cenifer Ceykobsun sözlərinə görə, Retkliff Moskvada hökumət rəsmiləri ilə görüşlər keçirəcək. “Axios” əməkdaşı Barak Ravid xəbər verir ki, ABŞ hakimiyyəti Retkliffin səfəri zamanı Ukraynadan Rusiya ərazisinə zərbələri dayandırmasını istəyib.
ABŞ və Rusiya hakimiyyəti hələlik bu məlumatla bağlı şərh verməyib.
Səfərlə bağlı xəbərlər ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing C-17A” hərbi nəqliyyat təyyarəsi və diplomatik kortejin Moskva hava limanında görülməsindən sonra ortaya çıxıb. Bu, Ratkliffin MKİ direktoru kimi Rusiyaya ilk səfəridir. Məlumata görə, o, əvvəllər rusiyalı həmkarları ilə işgüzar əlaqələr saxlayıb.
Avqustun əvvəlində ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının bərpa olunub-olunmayacağı ilə bağlı anlaşma əldə etmək üçün "növbəti həftələrdə" səy göstərəcək. Kiyev dəfələrlə istənilən vaxt atəşkəs barədə danışıqlara hazır olduğunu bildirib.
24 avqustda, Ukraynanın müstəqilliyinin 35-ci ildönümündə, BMT-nin 50-dən çox üzv dövləti Rusiyanı Ukraynada tam, dərhal və qeyd-şərtsiz atəşkəsə və sülh danışıqlarının bərpasına razı olmağa çağırıb. Rusiya nümayəndəsi Vasili Nebenzya çağırışları rədd edib.