Icma.az bildirir, Qol.az portalına istinadən.
"İnter" İngiltərə millisinin müdafiəçisi Con Stounzun transferini yekunlaşdırıb.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin iddiasına görə, tərəflər son danışıqlardan sonra tam razılığa gəliblər. 32 yaşlı futbolçu 2028-ci ilin iyununa qədər nəzərdə tutulan 2 illik müqavilə imzalayacaq. Müqavilədə uzatma bəndi nəzərdə tutulmayıb.
Stounzun illik maaşı təxminən 4 milyon avro olacaq. O, yaxın vaxtlarda tibbi müayinədən keçmək üçün Milana yollanacaq. Bundan sonra transfer rəsmən açıqlanacaq.
Qeyd edək ki, müdafiəçi 2016-cı ildən "Mançester Siti"də çıxış edirdi. O, bu müddətdə 295 oyunda 19 qol vurub, 9 məhsuldar ötürmə edib, 6 Premyer Liqa çempionluğu, Çempionlar Liqası və klublararası dünya çempionluğu da daxil olmaqla bütün əsas titulları qazanıb.