Con Tekstor “Kristal Pelas”dakı payını satdı

01.07.2025

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amerikalı iş adamı Con Tekstor "Kristal Pelas"dakı payını həmyerlisi Vudi Consona satıb.  Sport24.az BBC-yə istinadən xəbər verir ki, müqavilənin dəyəri təxminən 225 milyon avrodur.

Bununla da "Kristal Pelas"ın 2025/26 mövsümündə UEFA Avropa Liqasında iştirak şansının artacağı gözlənilir.

Tekstor həmçinin Avropa Liqasının digər iştirakçısı "Lion"un da nəzarət paketinə sahibdir. UEFA qaydalarına görə, bir investor qitəmiqyaslı tunirlərdə birdən çox kluba nəzarət edə bilməz.

Qeyd edək ki, "Kristal Pelas" ötən mövsüm İngiltərə kubokunu qazanmaqla Avropa Liqasına vəsiqə qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью