Con Terri MY nin 2 ci qolunu şərabla qeyd etdi SƏBƏB

27.01.2026

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

"Çelsi"nin əfsanəvi müdafiəçisi Con Terri "Mançester Yunayted"in "Arsenal"la səfər matçında vurduğu ikinci qolunu xüsusi qeyd edib. 

Fanat.Az xəbər verir ki, bu qol "Arsenal"ın cari Premyer Liqa mövsümündə buraxdığı 16-cı qol olub. 

Bu, Joze Mourinyunun rəhbərliyi altında "Çelsi"nin 2005-ci ildə Premyer Liqada buraxdığı 15 qol rekordunun 2026-cı ildə də qırılmayacağı deməkdir.

London klubunun sabiq kapitanı rekordun qırılmayacağı dəqiqləşəndən sonra bunu şərabla qeyd edib.

View this post on Instagram

A post shared by John Terry (@johnterry.26)

O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

"Rekord daha bir il davam edəcək. Petr Çex, Paulu Ferreyra, Riki Karvalyu, Vilyam Qallas... Bir şüşə və ya bir qədəh qırmızı şərabla qeyd etməyin vaxtıdır. Mən şüşəni seçəcəyəm. Kimsə bu rekordu qıracaqmı? Mən "yox" deyirəm. "Arsenal"ın mövsümə necə başlaması məni bir az narahat edirdi, amma hələ yanvar ayıdır və rekord artıq təhlükədə deyil. Mən hələ də o vaxt 10-dan çox qol buraxdığımıza görə üzülürəm".

Premyer Liqanın 23-cü turunun həlledici matçında "Arsenal" evdə "Mançester Yunayted"ə 2:2 hesabı ilə məğlub olub. Bu, "Arsenal"ın 121 oyunluq fantastik seriyasına son qoyub.

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью