Con Uik serialının ulduzu xəstəxanaya yerləşdirildi

01.07.2026

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Avstraliyalı məşhur aktrisa Rubi Rouz evində təmizlik işləri apararkən bədbəxt hadisə ilə üzləşib və xəstəxanaya yerləşdirilib.

Kulis.az xəbər verir ki, bu barədə sənətçi instaqram hesabında məlumat paylaşıb.

Məlumata görə, aktrisa hovuz təmizləyərkən sürüşərək yıxılıb. Nəticədə, onun qabırğalarında və boyun nahiyəsində çoxsaylı sınıqlar əmələ gəlib. Sənətçi tam sağalması üçün bir neçə ay lazım olacağını bildirib. Lakin belə ciddi səhiyyə problemlərinə baxmayaraq, aktrisa xəstəxanaya yerləşdirildikdən cəmi bir gün sonra "Batwoman" serialının çəkilişlərinə qayıdıb.

Meydançadakı çətinliklərindən bəhs edən sənətçi dözülməz ağrılarından şikayətlənib:

"Qabırğalarım dəhşətli dərəcədə ağrıyır. Kostyumda olanda nə qollarımı, nə də ayaqlarımı hiss edirdim".

Qeyd edək ki, Rubi Rouz geniş tamaşaçı kütləsinə "Narıncı – mövsümün hitidir" (Orange Is the New Black), "Con Uik 2" (John Wick: Chapter 2), "Fleş" (The Flash), "Ox" (Arrow), "Qara materiya" (Dark Matter) və "Batwoman" kimi populyar layihələrdən tanışdır.

"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər? Təbəssüm - Rey Bredberinin hekayəsi "Dövlət qulluğunda olmağım yazılarımda azadlığımı məhdudlaşdırmayıb" - Daşqın Məmmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью