“Con Uik” yayılan xəbərlərə belə cavab verdi Foto | Icma.az
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Con Uik”, “Matriks” filmləri ilə tanınılan Hollivud ulduzu Kianu Rivz rəssam Aleksandra Qrantla gizli evliliklə bağlı yayılan şayiələrə ilk dəfə münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, cütlük İtaliyada baş tutduğu iddia edilən nikah xəbərlərindən sonra birlikdə qırmızı xalça mərasimində görünüb.
K. Rivz mərasim zamanı Qrantı jurnalistlərin qarşısında öpərək yayılan məlumatlara aydınlıq gətirib: “Biz artıq uzun müddətdir bir yerdəyik.
Toy məsələsinə gəlincə, insanların bu qədər xoş söz yazması çox gözəldir.
Amma Aleksandra hər şeyi izah etdi, hamıya təşəkkürlər, sadəcə bir az reallığa qayıdaq”.
Qeyd edək ki, Aleksandra Qrantın sosial şəbəkədə paylaşdığı açıqlama da evlilik barədə iddiaları təkzib edib.
Cütlük 2018-ci ildən bəri birlikdədir. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu