Con van den Brom: Qarabağ ı çox yaxşı təhlil etmişdik

27.08.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

"Tvente" "Qarabağ"ı çox yaxşı təhlil edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Tvente"nin baş məşqçisi Con van den Brom UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la cavab matçından sonra deyib.

Mütəxəssis qələbəni şərh edib:

"Hər iki oyuna kifayət qədər yaxşı hazırlaşmışdıq. Sadəcə ilk matçda şanssızlıq səbəbindən məğlub olduq. Oyunu çox yaxşı təhlil etmişdik, çalışmışdıq. Bunun sayəsində qələbə qazandıq. "Qarabağ"ın qolundan sonra oyuna bir qədər də ciddi yanaşdıq və istəyimizə nail olduq".

Qeyd edək ki, "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın "Tvente" klubuna iki oyunun nəticəsinə (1:0, 1:4) əsasən uduzaraq mübarizəni dayandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью