Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Bayer Leverkuzen"in mərkəz müdafiəçisi Conatan Tah karyerasını "Mançester Yunayted"da davam etdirə bilər.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, "Yunayted" mövsümün sonunda azad agentə çevriləcək Tahı transfer etmək niyyətindədir.
Almaniyalı futbolçu uzun müddətdir ki, Premyer Liqada çıxış etmək istəyirdi.
Mançester təmsilçisi Çempionlar Liqasına vəsiqə qazanarsa, Tah “qırmızı şeytanlar”la danışıqlar aparacaq.
Qeyd edək ki, Ruben Amorimin komandası Avropa Liqasının finalında “Tottenhem”lə qarşılaşacaq. Qarşılaşma mayın 21-də baş tutacaq. Qalib komanda yeni mövsümdə Çempionlar Liqasında iştirak haqqı qazanacaq.
“Arsenal”ın üzvü İtaliya yolunda Premyer Liqanı Bundesliqaya dəyişə bilər “Real”ın ulduzu zədələnib Çempion oldu - KOMANDADAN GÖNDƏRİLDİ ÇL: Finalı idarə edəcək hakim müəyyənləşib