“Conco” QSC yə qarşı daha bir cərimə protokolu | Icma.az
Icma.az, Tribuna portalına istinadən məlumat yayır. İş adamı Hacı İlham Şıxseyidovun rəhbərlik etdiyi “Conco” QSC ilə bağlı növbəti dəfə cər
Tribunainfo.az xəbər verir ki, sözügedən QSC İnzibati Xətalar Məcəlləsinin əmək hüquqları əleyhinə olan 192.1-ci maddəsini pozub.
Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
“Conco” QSC ilə bağlı işə 25 fevral tarixində Nəsimi rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, QSC-nin direktoru iş adamı Hacı İlham Şıxseyidovdur.
Şirkət Şuşada bərpa-quruculuqla əlaqədar elan edilən milyonluq tenderlərin qalibi olub. Tərəfləri dinləməyə hazırıq.
Gülşən Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu