Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırıb.
Axşam.az xəbər verir ki, sənətçi məşhurlaşmazdan əvvəl atasının yanında işlədiyini bildirib:
“Məşhurlaşmazdan əvvəl atamın yanında işləyirdim. Atamın mənimlə bağlı başqa planları var idi. O istəyirdi ki, onun biznesini davam etdirim. Ümumiyyətlə, mən də buna qarşı deyildim. O, məni buna inandırmışdı. Amma arzum, musiqiyə olan sevgim daha güclü idi. Həyatımı yaradıcılığa, səhnəyə həsr etmək istəyim də daha güclü idi. Ona görə də bir məqamda onun yanına gedib dedim ki, “Ata, əgər cəhd etməsəm, bütün ömrüm boyu peşman olacağam. Xahiş edirəm, mənə xeyir-dua ver. O isə mənə “Sənin üç ayın var” cavabını verdi”.