Conidən sosial şəbəkədə ona müraciət edən cütlüyə sürpriz

11.08.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

Rusiyada Coni ləqəbi ilə məşhurlaşan müğənni Cahid Hüseynli Anapada evlənən cütlüyə toylarında sürpriz edib.

Axşam.az xəbər verir ki, cütlük bundan əvvəl sosial şəbəkədə video paylaşaraq Coni toylarına dəvət edib. Sənətçi həmin videonu gördüyünü və sürpriz etmək üçün Anapaya yollandığını bildirib:

“Gənclərin toyuna gəldim ki, onlara sürpriz edim. Bilirəm ki, mahnım onların sevgi hekayəsidir. Sosial şəbəkədə mənə müraciət ünvanladılar. Mən də Anapaya gəlib onlara sürpriz etdim”.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью