Icma.az, Axsham.az saytına istinadən bildirir.
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Conin (Cahid Hüseynli) bu gün Vyanada keçirəcəyi konsertlə bağlı dəyişiklik edilib.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə instaqram səhifəsində məlumat yayıb. O, konsertə bir neçə saat qalmış məkanının texniki səbəbdən dəyişdirildiyini açıqlayıb.
“Əfsuslar olsun ki, ilkin olaraq elan edilmiş məkan texniki baxımdan konsertin keçirilməsi üçün hazır deyil. Bununla əlaqədar tədbiri yeni məkana köçürmək məcburiyyətində qaldıq.
Əvvəlcədən alınmış bütün biletlər qüvvədə qalır".