Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) sosial media hesabında ona ünvanlanan sualları cavablayıb.
Axşam.az xəbər verir ki, ifaçı sevgidən gözləntiləri ilə bağlı suala belə münasibət bildirib:
"Yapon bir müdrikdən oxumuşdum: sevgidə cütlük bir-birinə yox, eyni istiqamətə, eyni tərəfə baxmalıdır. Bu fikir mənə çox yaxındır.
Bir də deyirlər ki, əgər qarnınızda kəpənəklər uçuşursa, qaçın. Əslində isə, əlbəttə, hər kəsin öz fikri və öz təcrübəsi var. Amma qarnında kəpənəklərin uçuşması nədir? Bu, həyəcan hissidir. Həmin həyəcan isə bir növ təhlükə barədə xəbərdarlıq edən ilkin instinktdir.
Mən hesab edirəm ki, sevgi insana daxilən sakitlik və rahatlıq verməlidir. Yanındakı insanla özün kimi ola bilməlisən".