CONMEBOL seçkilərdə Canni İnfantinonu dəstəkləyəcək

22.11.2026

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

CONMEBOL Cənubi Amerika Futbol Konfederasiyasının 10 üzv assosiasiyası adından bəyanat yayaraq, qarşıdan gələn FİFA prezidenti seçkilərində Canni İnfantinonun namizədliyini dəstəklədiyini açıqlayıb. Sport24.az xəbər verir ki, bəyanatda təşkilat bunu, hazırkı FİFA prezidentinin liderliyinin və futbola gətirdiyi müsbət dəyişikliklərin etirafı kimi qiymətləndirib.

"Copa Sudamericana" finalı ərəfəsində Barrankilyada toplaşan CONMEBOL Şurası, Canni İnfantinonun FİFA prezidentliyinə namizədliyini yekdilliklə bir daha təsdiqləyib. İnfantino gələn ilin mart ayında Mərakeşdə keçirilməsi planlaşdırılan təşkilat konqresində yenidən seçilməyə çalışacaq.

CONMEBOL daha əvvəl də, 2025-ci ilin may ayında Paraqvayda keçirilən FİFA Konqresində İnfantinoya dəstəyini ifadə etmişdi. Konfederasiyanın mövqeyi o vaxtdan bəri dəyişməz qalıb. Bu, İnfantinonun liderliyinin və son illərdə dünya futbolunda baş verən müsbət inkişafların tanınması deməkdir", – deyə CONMEBOL-un bəyanatında bildirilir.

Qeyd edək ki, FİFA-ya prezidenti seçkiləri 2027-ci il martın 18-də, Mərakeşin paytaxtı Rabatda keçiriləcək konqres zamanı baş tutacaq.

İnfantino ilə yanaşı, bu posta digər namizədlər arasında Fransa Futbol Federasiyasının (FFF) prezidenti Filipp Diallo və Yaponiya Futbol Assosiasiyasının keçmiş rəhbəri Kozo Taşima da var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью