Conni Depp 10 illik yoxa çıxmasının səbəbini açıqladı

14.11.2026

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Aktyor Conni Depp illərdir Hollivudun böyük layihələrində görünməməsini özü üçün uzunmüddətli tətil kimi qiymətləndirib. O, Amber Herdlə boşanmasından sonra yaşadığı çətin dövr barədə danışıb.

“Yeni Sabah” xəbər verir ki, aktyor bu fikirləri baş rolunu oynadığı “Ebenezer” filminin Londonda keçirilən təqdimat mərasimində səsləndirib. Conni Deppin 2016-cı ildə keçmiş həyat yoldaşı Amber Herdlə yaşadığı gərgin boşanma prosesi və ona qarşı irəli sürülən zorakılıq iddiaları aktyorun Hollivuddakı karyerasına ciddi təsir göstərib.

2020-ci ildə hüquqi problemlər səbəbindən “Warner Bros” studiyası aktyoru “Fantastik məxluqlar” film silsiləsindəki Qellert Qrindelvald rolundan uzaqlaşdırıb. “Disney” isə Cek Sərçə obrazını canlandırmasına baxmayaraq, Deppi “Karib dənizinin quldurları” filminin gələcək layihələrinə daxil etməyib. İnternet mağaza

2022-ci ildə ABŞ-da Conni Deppin Amber Herdə qarşı qaldırdığı 50 milyon dollarlıq böhtan iddiası üzrə məhkəmə prosesi keçirilib. Milyonlarla insanın izlədiyi məhkəmə çəkişməsində andlılar heyəti Herdin Deppə qarşı böhtan xarakterli açıqlamalar verdiyi qənaətinə gəlib. Bu prosesdən sonra aktyorun böyük film studiyaları ilə yenidən əməkdaşlıq imkanları yaranıb.

Hazırda müstəqil Avropa filmlərində rol aldıqdan sonra böyük ekranlara qayıdan aktyor yeni fantastik filmi “Ebenezer”in təqdimat mərasimlərində iştirak edir. Londondakı qala gecəsində Hollivuddan təxminən 10 il uzaq qalması ilə bağlı sualı cavablandıran Depp həmin dövrü belə qiymətləndirib:

“Yaşananlar mənim üçün bir növ uzun tətil kimi idi və doğrusu, bu, mənə yaxşı təsir etdi”.

Qeyd edək ki, “Ebenezer” filmi Çarlz Dikkensin 1843-cü ildə yazdığı “Milad nəğməsi” əsəri əsasında çəkilib. Qotik və qaranlıq üslubda hazırlanan filmdə Conni Depp həyatdan zövq almağı unutmuş, xasiyyəti sərt və bədbəxt iş adamı Ebenezer Skruc obrazını canlandırır.

Əsmətxanım Rzazadə


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью