Conni Depp Karib dənizinin quldurları 7 filmində rol ala bilər

17.08.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 17 avqust, AZƏRTAC

Prodüser Cerri Brukhaymer "Karib dənizinin quldurları-7" filmində rol almaq üçün aktyor Conni Depp ilə danışıqlar apardığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, o, “Deadline” nəşrinə açıqlamasında müzakirələrin davam etdiyini və ssenari üzərində işlədiklərini bildirib.

Brukhaymer filmin növbəti seriyasını ərsəyə gətirə biləcəklərinə ümid etdiyini vurğulayıb.

Lakin iddiaya görə, “Sərçə Cek” növbəti filmdə baş rol əvəzinə, ikinci dərəcəli personaj olacaq.

Bu franşizanın son filmi olan "Karib dənizinin quldurları: Ölülər nağıl danışmır" 2017-ci ildə nümayiş olunub və dünya miqyasında təxminən 794 milyon dollar gəlir əldə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью