Icma.az bildirir, Olay.az portalına istinadən.
Mark Vebbin rejissoru olduğu, baş rollarda Conni Depp, Penelopa Kruz və Madelin Klaynın çəkildiyi yeni döyüş-triller filmindən ilk görüntülər yayımlanıb.
OLAY yazır ki, “Day Drinker” adlı filmdə hadisələr şəxsi yaxtada cərəyan edir. Barmen işləyən bir qadın (Klayn) sirli bir qonaqla (Depp) qarşılaşır. Avstraliyalı olan bu kişinin daha qaranlıq bir sirri gizlətdiyi ehtimal olunur. Onlar Penelopa Kruzun canlandırdığı kriminal fiqurla əlaqəyə girdikdə hadisələr təhlükəli istiqamət alır.
“Day Drinker” 26 mart 2027-ci ildə kinoteatrlarda nümayiş olunacaq.