Conni Depp yenidən Cek Sərçə rolunu oynaya bilər

17.08.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Prodüser Cerri Brukhaymer aktyor Conni Depp ilə "Karib dənizinin quldurları" filminin altıncı hissəsində rol almaq üçün danışıqların aparıldığını açıqlayıb.
Bizim.Media "Deadline"a istinadən xəbər verir ki, C.Brukhaymer qeyd edib ki, rejissorlar ssenari üzərində işləyirlər və layihəni həyata keçirəcəklərinə ümid edirlər.
Lakin nəşrin mənbələrinin məlumatına görə, C.Deppin personajı kapitan "Cek Sərçə" yeni hissədə filmin baş qəhrəmanı əvəzinə ikinci dərəcəli personaj kimi görünəcək.
Xatırladaq ki, franşizanın son hissəsi olan "Karib dənizinin quldurları: Ölülər nağıl danışmır" 2017-ci ildə nümayiş olunub və dünya kirayəsi üzrə təxminən 794 milyon dollar gəlir əldə edib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью