Conni Depplə danışıqlar aparılır Karib dənizinin quldurları 6 üçün

17.08.2026

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prodüser Cerri Brukhaymer "Karib dənizinin quldurları-6" filmində rol almaq üçün aktyor Conni Depp ilə danışıqlar apardığını deyib.

Kulis.az xəbər verir ki, o, “Deadline” nəşrinə açıqlamasında müzakirələrin davam etdiyini və ssenari üzərində işlədiklərini bildirib.

Brukhaymer filmin növbəti seriyasını ərsəyə gətirə biləcəklərinə ümid etdiyini vurğulayıb.

Lakin iddiaya görə, “Sərçə Cek” növbəti filmdə baş rol əvəzinə, ikinci dərəcəli personaj olacaq.

Qeyd edək ki, bu franşizanın son filmi olan "Karib dənizinin quldurları: Ölülər nağıl danışmır" 2017-ci ildə nümayiş olunub və dünya miqyasında təxminən 794 milyon dollar gəlir əldə edib.

Azərbaycan filmi “Qızıl Mimoza” mükafatı uğrunda mübarizə aparacaq "Həmin ölüm qorxusu meşşan varlığımın bir hissəsi imiş..." - Herman Hessenin "Yalquzaq" romanından bir hissə "Çəhrayı Pantera" filmində solo ifa edən saksafonçu vəfat etdi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью