Conson: Putin sonunun yaxınlaşdığını bilir

25.11.2026

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Rusiya vətəndaşları gec-tez Ukraynaya qarşı müharibədə ölkələrinin nə üçün bu qədər böyük itkilər verdiyini soruşacaqlar”.

SİA xarici mətbuata istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson deyib.

“Bütün bunlar yalnız buna görədir, Vladimir? Soruşacaqlar ki, bir milyon insanı ona görə itirdik ki, Kiyevdəki üsyançılar Avropa İttifaqına və NATO-ya qoşula bilsinlər? Yalnız Ukraynanın 20 faizinə nəzarət etmək üçün? Zarafat edirsiniz? Putin hakimiyyətinin sonunun yaxınlaşdığını bilir”, - Britaniya hökumətinin keçmiş başçısı vurğulayıb.

Ayşən Vəli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью