Consonun araq iddiasına Lavrovdan İSTEHZALI CAVAB: “Görüşdə özü...”

17.11.2026

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Rusiya xarici işlər naziri Sergey Lavrov Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun isti kaminin yanında çoxlu miqdarda araq içirdilərək, Moskvada “Viktorian məktəbində cəzalandırılmaya” məruz qalması barədə danışdıqlarına istehzalı reaksiya verib.

Turkustan.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Manilada Şərqi Asiya Sammitindən sonra keçirilən mətbuat konfransında Lavrova bu hadisə ilə bağlı sual verilib. Nazir qeyd edib ki, görüşdə içkilərin assortimenti (çeşidi) müxtəlif olub və Conson özü arağı seçib.

“Yəni bilirsiniz, ola bilər. Danışmaq istəmirəm”, – deyə nazir qısa fasilə verib və onu güldürən fikri dilə gətirməmək qərarına gəlib.

“Orqanizm ilə hansısa manipulyasiya edirlər ki, sonradan o, spirtli içkidən imtina etsin”, – deyə Lavrov istehzalı şəkildə sözünə davam edib.

Bundan sonra Sergey Lavrov gülümsəyib və çiyinlərini çəkib.

Qeyd edək ki, noyabrın 15-də Boris Conson “Tres Respuestas” podkastında Sergey Lavrovun 2017-ci ildə Moskvada keçirilən görüş zamanı onu isti kaminin yanında araq içməyə məcbur etdiyini iddia etmişdi. Keçmiş Britaniya baş nazirinin sözlərinə görə, bu ona “Viktorian özəl məktəbindəki cəzanı” xatırladıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью