COP 29 bitdi, “Turan Tovuz” Gəncədən ayrıldı

29.11.2024

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Bakı Olimpiya Stadionu COP 29 ilə bağlı klubların üzünə bağlandığından “Turan Tovuz”un Gəncədə məşq etdiyindən xəbərdarsız.

Görəsən, komanda artıq Bakıya gəlib, yoxsa hələ də Gəncədə məsunlaşıb? Bu sualları “Turan Tovuz”un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevə ünvanladıq:

“Komanda artıq Bakıdadı. Bu gün oyunöncəsi məşqə çıxacaq”.


Qeyd edək ki, “Turan Tovuz” Misli premyer-liqasının 15-ci turunda sabah “Araz-Naxçıvan”ın qonağı olacaq.
ƏSƏD SEYİDOV
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью