COP 29da müəyyən tapşırıqları yerinə yetirən yalançı media fəaliyyət göstərir Azərbaycanda…
Icma.az, Azxeber.com saytına istinadən bildirir. "Biz bir sıra media subyektləri, televiziya rəhbərləri COP 29-un Liderlər Sammitinin açılış
Orada həm mətbuat otağındakı vəziyyətlə tanış olduq, həm də Azərbaycan jurnalistlərinin fəaliyyətini gördük.
Elə bir məqam idi ki, deməli bir neçə saat məmurlarımızın da vaxtı var idi, jurnalistlərin məmurlara ünsiyyət və sual vermək imkanları var idi".
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında əməkdar jurnalist, Mətbuat Şurasının sədri Rəşad Məcid Prezidentin köməkçisi Hikmət Hacıyevin "Azadlıq Radiosu"nun əməkdaşının sualına cavab verməsinə münasibət bildirərkən söyləyib.
Mətbuat Şurasının sədri bildirib ki, tədbirdə iştirak edən jurnalistlərin əksəriyyəti heç də mövzunu əhatə edən suallar səsləndirmirdi: "Heç şübhəsiz ki, burada heç də hər jurnalist mövzuya uyğun, ölkəmizdə keçirilən bu əhəmiyyətli tədbirin mahiyyəti barədə sual ünvanlamırdı və yaxud buna hazırlıqlı deyildi.
Amma açılış mərasimində, Cənab Prezidentin çıxışında söylədiyi kimi, yalan xəbər mediası var.
O yalan xəbər mediası Azərbaycana qarşı qəsdən uydurulmuş yalan xəbərlər yayır və bundan da Azərbaycana qarşı öz kinlərini, nifrətlərini biruzə verirlər.
Bu dezinformasiyalara qarşı mübarizə həm Medianın İnkişafı Agentliyi, həm Mətbuat Şurası, həm də digər dövlət qurumları tərəfindən vaxtaşırı məlumatlar verilir.
Tam oxu
Xəbəri oxu