Icma.az bildirir, Yenigundem portalına istinadən. Noyabrın 11-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konf
Açılış mərasimində COP28-in Prezidenti Sultan Ahmad Al-Jaber açılış nitqi ilə çıxış edib.
O, tədbirin təşkilinə və qonaqpərvərliyə görə Azərbaycana təşəkkürünü bildirib.
Sultan Ahmad Al-Jaber COP 28 dövründə ölkəsinin irəli sürdüyü təşəbbüslərdən danışıb və COP29-un da növbəti uğura imza atacağına əmin olduğunu bildirib.
COP28 Prezidenti Azərbaycanla birlikdə “Troyka” çərçivəsində əməkdaşlıq edəcəklərini diqqətə çatdırıb.
Sonra Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29 sessiyasının Prezidenti seçilib.
COP28-in Prezidenti Sultan Ahmad Al-Jaber sessiyanın idarəçiliyini Muxtar Babayevə təhvil verib.
M.Babayev çıxış edərək hər kəsi Bakıda görməkdən məmnun olduğunu bildirib.