Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"COP tarixində ilk dəfədir ki, turizm COP gündəliyinə inteqrasiya olunur".
Teleqraf.com xəbər verir ki, bunu COP29 çərçivəsində Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşündə Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev deyib.
“COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycan bütün sektorlar üzrə iqlimlə bağlı tədbirləri irəlilətməyə dərindən sadiqdir.
Bu gün biz iqlim dəyişikliyi ilə mübarizədə turizmin həlledici rolunu müzakirə etmək üçün dünyanın hər yerindən nazirləri, liderləri və maraqlı tərəfləri bir araya gətirməkdən şərəf duyuruq..Turizmin COP29 gündəliyinə daxil edilməsi sektor üçün dönüş nöqtəsidir.
Bu, milli hökumətlərin, özəl sektorun və vətəndaş cəmiyyətinin transformativ dəyişikliyi təmin etmək üçün birlikdə işləməyə çağırışıdır.
Azərbaycan COP29-un ev sahibi kimi bu mühüm dialoqa rəhbərlik etməkdən qürur duyur".
BMT-nin Ətraf Mühit Proqramının icraçı katibi İnqer Anderson isə deyib ki, dünyada atmosferə buraxılan karbon emissiyalarının 8,8 %-i turizm sektorunun payına düşür: "2030-cu ilə qədər dünyada karbon emissiyaları 41 % azalmalıdır ki, 1,5 dərəcə həddində qala bilək.