Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Dünən Bakıda UNESCO-nun İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyasına Tərəf Dövlətlərin 10-cu konfransı (COP10) Bürosunun ikinci rəsmi iclası keçirilib.
COP10 Bürosunun sədri, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə keçən iclasa Beynəlxalq Olimpiya Komitəsinin, Ümumdünya Antidopinq Agentliyinin (WADA), həmçinin WADA üzrə Avropa Şurasının “Ad Hoc” Avropa Komitəsinin nümayəndələri, müşahidəçi dövlətlər və büronun digər vitse-prezidentləri onlayn formatda qoşulublar.
İclasda konvensiyanın icraçı katibi, UNESCO-nun Elm sektorunun Sosial siyasətlər və inklüzivlik üzrə direktoru Qustavo Merino, Təsdiq Komitəsinin sədri Lyuk McCann, həmçinin COP10 Bürosunun sədri Fərid Qayıbov çıxış ediblər.
Qeyd edək ki, iyulun 1-də Bakıda UNESCO-nun İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyası çərçivəsində İdmanda Dopinqin Aradan Qaldırılması Fondunun Təsdiq Komitəsinin üçüncü rəsmi iclası keçirilib.
Qabil YUSİFOĞLU
XQ