Icma.az, Milli.az portalına istinadən məlumat verir. 2026-cı ildə Ermənistan BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının 17-ci Tərəflər
Qərar Kolumbiyanın Kali şəhərində keçirilən COP16 konfransının nəticələrinə əsaslanaraq qəbul edilib.
Bu tədbir dünya miqyasında ətraf mühit problemlərinin həlli və bioloji müxtəlifliyin qorunması mövzularının müzakirə olunduğu mühüm platformadır.
Ermənistanın ekologiya sahəsində ciddi problemlərinin olması və xüsusi ilə də Zəngəzur Mis-Molibden Kombinatının Araz çayı və ətraf bölgələrə vurduğu ekoloji zərər baxımından bu ölkənin belə bir konfransa ev sahibliyi etməsi ziddiyyətli məqamlar yaradır.
Ermənistanın COP17 ev sahibliyi: təzyiqlər və geosiyasi amillər Ermənistanın COP17-yə ev sahibliyi etməsi qərarı əsasən Avropa İttifaqının, xüsusilə də Fransanın və Frankofoniya təşkilatının fəal diplomatik dəstəyi ilə həyata keçirilib.
Ermənistan bu konfransda ev sahibi statusunu əldə etmək üçün Fransanın və digər Avropa ölkələrinin diplomatik resurslarına geniş şəkildə müraciət edib.
Təbii ki, Qərbin bəzi dairələri üçün Azərbaycanın regional mərkəz kimi mövqeyini zəiflətmək məqsədi ilə bu cür tədbirlər Ermənistana verilib.
Fransa və onun dəstəklədiyi dairələrin bu cür təzyiqləri daha çox Azərbaycanın son illərdə beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ilə bağlıdır.