COP29 a həsr olunmuş “Diplomatiya Aləmi” jurnalının xüsusi buraxılışının təqdimat mərasimi keçirilir

17.12.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 dekabr, AZƏRTAC

ADA Universitetində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən nəşr edilən “Diplomatiya Aləmi” jurnalının 61/2025 saylı növbəti xüsusi buraxılışının təqdimat mərasimi keçirilir.

AZƏRTAC xəbər verir ki, jurnalın xüsusi buraxılışı “COP29: Yaşıl Dünya naminə Həmrəylik (COP29: In Solidarity for a Green World)” başlığı altında Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası (COP29) sədrliyinə həsr olunub.

Jurnalda Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın COP29 çərçivəsində keçirilən tədbirlərdə iştirakı və çıxışları, COP29 ilə bağlı Azərbaycan Respublikası xarici işlər naziri və Azərbaycan Respublikasının Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsinin, eləcə də digər rəsmi şəxslərin məqalələri yer alıb.

-1 / 13

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью