COP29: Avropanın tanınmış futbol klubları Bakıda bəyannamə imzalayacaqlar | Icma.az
Oxumeni.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
COP29: Avropanın tanınmış futbol klubları Bakıda bəyannamə imzalayacaqlar “Bildiyiniz kimi, "Qarabağ” Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyans yaratması təşəbbüsü ilə çıxış edib.
Bu da COP29 və BMT-nin İdman və İqlim Dəyişikliyi üzrə Departamenti (UNFCCC) tərəfindən dəstəklənib”.
Oxuməni.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın İdarə Heyətinin üzvü Asif Əsgərov AZƏRTAC-a açıqlamasında Ağdam təmsilçisinin iqlim dəyişikliyi ilə mübarizədə futbol klublarının birgə alyans yaratması təşəbbüsü ilə çıxış etməsi barədə danışarkən deyib.
O bildirib ki, “Qarabağ” bu tədbiri Avropa Klublar Birliyi (ECA) ilə birgə təşkil edir: “Avropanın sayılıb-seçilən klubları dəvətimizi müsbət qarşıladılar.
Onu deyə bilərəm ki, əsasən Avropada iqlim dəyişikliyi ilə bağlı böyük işlər görən klublara üstünlük vermişik.
Təqribən 10-12 təmsilçi paytaxtımıza səfər edəcək və müzakirələr aparacaqlar. Ümid edirəm ki, sonda bəyannamə imzalaya biləcəyik.
Növbəti hədəf klub sayının artırılması və götürülmüş öhdəliklər üzərində olacaq”.
Tam oxu
Xəbəri oxu